Həftə sonu Azərbaycanda 5 nəfər suda boğulub

Həftə sonu Azərbaycanda 5 nəfər suda boğulub
# 03 avqust 2015 11:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. İstirahət günləri Azərbaycanda 9 nəfər bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun -1-i və 2-də Sumqayıt şəhər sakinləri 16 yaşlı Mehman Dövlətov, Saleh Sadıqov, Neftçala rayon sakini Elvin Hüseynli, Bakı şəhər sakini Amil Qəniyev dənizdə, Bakı şəhər sakini Şamil Məmmədov isə Şamaxı rayonunun Nağaraxana kəndinin ərazisindəki göldə çimərkən boğularaq ölüblər.

Daxili İşlər Nazirliyi istirahət günləri daha 4 nəfərin bədbəxt hadisə nəticəsində ölməsi barədə məlumat yayıb. Məlumata görə, Saatlı rayonunun Qırağlı kənd sakini Möhlət Abbasov su mühərrikini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində, Mingəçevir şəhər sakini Gülbadam Davudova yaşadığı mənzilin eyvanından yıxılaraq, Könül Məmmədova yaşadığı Gədəbəy rayonu ərazisindəki “Qoca dağ” adlanan yaylaqdan qidadan zəhərlənərək, Sumqayıt şəhərinin 13-cü mikrorayonunda H.Z.Tağıyev qəsəbə sakini İsmayıl Rüstəmov isə fəhlə işlədiyi ikimərtəbəli tikilinin damından yıxılaraq ölüblər.

Bütün faktlar üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR