Ünvanlı sosial yardımın məbləğinin artırılması nəzərdə tutulur

Ünvanlı sosial yardımın məbləğinin artırılması nəzərdə tutulur
# 01 dekabr 2016 08:30 (UTC +04:00)

Gələn il aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımın məbləğinin artırılması nəzərdə tutulur. "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.


Gələn il Azərbaycanda ehtiyac meyarının isə 10,5% və ya 11 manat artırılaraq 116 manata çatdırılması təklif edilir. Bununla bağlı "2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə dəyişiklik Milli Məclisə daxil olub.

Qeyd edək ki, əvvəlcə gələn il üçün ehtiyac meyarının builki səviyyədə, yəni 105 manat səviyyəsində saxlanılması nəzərdə tutulurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR