Tibbi dərslik və dərs vəsaitlərinin yazılması üçün qoyulan tələblər dəyişib

Tibbi dərslik və dərs vəsaitlərinin yazılması üçün qoyulan tələblər dəyişib
# 09 mart 2017 11:24 (UTC +04:00)

Azərbaycanda tibbi dərslik və dərs vəsaitlərinin yazılması üçün qoyulan tələblərdə dəyişikliklər edilib. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, elmi əsərlərə qrif verilməsi üçün qoyulan tələblərə əsasən, əgər dərslik tibbin əsas bölmələrinə (cərrahlıq, mamalıg-ginekologiya, stomatologiya və s.) həsr olunubsa, bu zaman qrif tələb olunur. Əksinə dərslik əsas fənnin bölmələrinin hər hansı birinə həsr olunubsa, (endoskopik cərrahiyyə, qadın cinsi orqanlarının iltihabi xəstəlikləri və s.) bu zaman qrif tələb olunmur. Dərs vəsaiti üçün də qrifin alınması tələb olunmur.

Qrif tələb olunmayan dərs vəsaitlərinin və dərsliklərin çap olunması üçün əvvəlcə dərs vəsaiti və ya dərslik ixtisasdan asılı olaraq fakültə Elmi Şuralarına, institut Elmi Şurasına təqdim olunur. Burada müzakirədən sonra elmi əsərin Səhiyyə Nazirliyinin Elmi-Metodiki Şurasına təqdim olunmasına dair iclas protokolundan çıxarış verilir. Çap olunmuş dərs vəsaitinin və ya dərsliyin titul vərəqində iki çıxarış-fakültə Elmi Şurasının və Səhiyyə Nazirliyinin Elmi-Metodiki Şurasının iclas protokoldan çıxarış əks olunmalıdır.

Dərsliklər Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasında müzakirə olunduqdan sonra təqdimatla Səhiyyə Nazirliyinin Elmi-Metodiki Şurasına və sonra da Təhsil Nazirliyinə göndərilir. Çap olunmuş dərsliyin titul vərəqində Səhiyyə Nazirliyinin Elmi-Metodiki Şurasının və Təhsil Nazirliyinin qərarları əks olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR