Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var

Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var
# 26 iyul 2017 10:08 (UTC +04:00)

Gəncə-Şəmkir yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə yolun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2106” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər – 1959-cu il təvəllüdlü Çiçək Abbasova və 1949-cu il təvəllüdlü Məmməd Süleymanov xəsarət alıb.

Onlar Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR