Somalinin paytaxtında terror aktı baş verib

Somalinin paytaxtında terror aktı baş verib
# 01 mart 2019 05:34 (UTC +04:00)

«Hərəkat əş-Şabab» terror qruplaşmasının üzvləri Somalinin paytaxtı Moqadişoda baş verən terakta görə məsuliyyəti öz üzərinə götürüblər.

ONA-nın ANNA-NEWS portalına istinadən yaydığı xəbərinə görə, axşam saatlarında Moqadişonun Maka-əl-Mukaram rayonunda terrorçular yanacaq və partlayıcı maddə ilə dolu yük maşınını partladıblar.

Bundan dərhal sonra bir qrup yaraqlı dövlət qulluqçuları və hüquq-mühafizə orqanları əməkdaşlarının yaşadığı mehmanxanaya hücum ediblər. Hazırda 5 nəfərin qətlə yetirildiyi və 30-dan artıq yaralı haqda məlumat var.

Hadisə yerini yanğın və tüstü bürüdüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR