"Akkord"un törəməsi mənfəətini 49% azaldıb

"Akkord"un törəməsi mənfəətini 49% azaldıb
# 11 iyul 2017 07:48 (UTC +04:00)

31-ci dekabr 2016-cı il tarixinə "Akkord-Mingəçevir Maşınqayırma Zavodu" ASC-nin aktivləri 2015-ci illə müqayisədə 3,2 dəfə artaraq 1 mln. 734,312 min manata çatıb."APA-Economics" xəbər verir ki, bu barədə 2016-cı il üzrə maliyyə hesabatında qeyd edilib.


Aktivlərin 1 mln. 419,153 min manatı uzunmüddətli, 315,159 min manatı isə qısamüddətlidir.


Hesabat dövründə şirkətin öhdəlikləri 12 dəfə artaraq 1 mln. 308,481 min manat təşkil edib.

Nizamnamə kapitalı dəyişməyərək 193,262 min manat olaraq qalıb. ASC-nin cəmi kapitalı 1,48% artaraq 432,152 min manata enib.

Şirkətin 2016-cı ili 5,721 min manat mənfəətlə başa vurub ki, bu da 2015-ci illə müqayisədə 49,34% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR