Tovuzda iki VAZ toqquşub, xəsarət alanlar var

Tovuzda iki VAZ toqquşub, xəsarət alanlar var
# 25 oktyabr 2016 17:58 (UTC +04:00)

Tovuz. Azər Məmmədli-APA. Tovuzda iki VAZ toqquşub, xəsarət alanlar var.

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə Tovuz şəhərinin girişində qeydə alınıb. “VAZ 2109” və “VAZ 2104” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb, onlardan bir nəfəri Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Digər iki nəfər isə hadisə yerində tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR