Nazirin müşaviri vergi ödəyicilərinin sayının azlığından şikayətlənib

Nazirin müşaviri vergi ödəyicilərinin sayının azlığından şikayətlənib
# 27 yanvar 2017 10:03 (UTC +04:00)

Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov vergi ödəyicilərinin sayının azlığından şikayətlənib.

"APA-Economics" xəbər verir ki, qurum rəsmisi iqtisadi fəal əhalinin sayı ilə müqayisədə vergi ödəyənlərin sayının az olduğunu bildirib: "Azərbaycan əhalinin sayı 10 milyon nəfərə yaxınlaşır. Ölkədə iqtisadi fəal əhalinin sayı isə 4,5 milyon nəfərə çatıb. İqtisadi fəal əhalidən cəmi 1,5 milyon nəfər vergi ödəyir. Qalan 3 milyon nəfər niyə vergi verməməlidir?"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR