"Bank VTB (Azərbaycan)" aktivlərini 17% artırıb

"Bank VTB (Azərbaycan)" aktivlərini 17% artırıb
# 15 noyabr 2016 10:26 (UTC +04:00)

Cari ilin III rübünün sonuna "Bank VTB (Azərbaycan)" ASC-nin aktivlərinin həcmi 431,934 mln. manat təşkil edir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 16,75% çoxdur.

"APA-Economics" bankın açıqladığı maliyyə hesabatına istinadən xəbər verir ki, yanvar-sentyabr ayında bankın kredit portfeli 1,98% artaraq 319,828 mln. manata çatıb.

Hesabat dövründə "Bank VTB (Azərbaycan)" ASC-nin öhdəlikləri 21,69% artaraq 395,028 mln. manat təşkil edib. Bankda yerləşdirilən depozitlərin həcmi 23,76% artaraq 57,994 mln. manatadək yüksəlib. "Bank VTB (Azərbaycan)" ASC-də yerləşdirilən digər bankların depozitlərinin həcmi 119,515 mln. manat təşkil edir.


Mərkəzi Bankın "Bank VTB (Azərbaycan)"-a qarşı tələbləri 3 dəfə artaraq 30 mln. manat olub.

Hazırda bankın nizamnamə kapitalı dəyişməyərək 50,815 mln. manat, məcmu kapital isə 50 mln. 36,12 min manatdır.

III rübün yekunlarına əsasən, şirkətin bölüşdürülməmiş xalis zərəri 15 mln. 512,35 min manatdır. Bankın 1 mln. 602,59 min manat həcmində ümumi ehtiyatları var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR