İSB: İyulda 10,3 mln. manatlıq icbari sığorta müqaviləsi bağlanıb

İSB: İyulda 10,3 mln. manatlıq icbari sığorta müqaviləsi bağlanıb
# 04 avqust 2017 12:46 (UTC +04:00)

Cari ilin iyul ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 132 491 elektron sığorta müqaviləsi qeydiyyata alınıb. İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, bunlardan 19314 xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub.

Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 10 343 618 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə həm sığorta müqavilələrinin sayında, həm də sığorta haqlarının məbləğində 29% artım müşahidə edilib.

1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılıb. 1 noyabr tarixinədək kağız daşıyıcıda bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR