Bakıda bir sıra məktəblərin əsaslı təmiri və tikintisinə başlanır

Bakıda bir sıra məktəblərin əsaslı təmiri və tikintisinə başlanır
# 24 may 2018 09:00 (UTC +04:00)

Bakı şəhərindəki bir sıra məktəblərin əsaslı təmiri və tikintisinə start verilir.

Bu barədə APA-ya Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib.

Bakı şəhəri və qəsəbələrindəki bir sıra ümumi təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Binəqədi rayonu üzrə 179 və 300, Qaradağ rayonu üzrə 223, Sabunçu rayonu üzrə 78, 187, 192, 198 və 295 nömrəli tam orta məktəblərinin, Nərimanov rayonu Humanitar Fənlər Gimnaziyasının və Suraxanı rayonu Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpası nəzərdə tutulur.

Qeyd edək ki, Bakı şəhəri və ətraf qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR