Bakıda klubdan oğurluq edən şəxs tutulub

Bakıda klubdan oğurluq edən şəxs tutulub
# 08 noyabr 2016 07:57 (UTC +04:00)

Bakıda klubdan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də Nəsimi rayonu ərazisindəki klublardan birindən 7 ədəd televizor və 3 ədəd oyun aparatı oğurlamaqda şübhəli bilinən "VAZ-21154" markalı avtomobilin sürücüsü, Cəlilabad rayon sakini Cavid Urşanov tutulub, daha 2 nəfər isə müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR