Venesuela prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Venesuela prezidenti Heydər Əliyevin məzarını ziyarət edib
# 22 oktyabr 2016 08:44 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda rəsmi səfərdə olan Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

APA-nın xəbərinə görə, prezidentin adından məzar önünə əklil qoyulub.

Venesuela prezidenti, həmçinin akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və həkim-alim Tamerlan Əliyevin məzarlarını da ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR