Mehdiabad və Digah qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
əlaqədar “Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar mayın 11-i gün ərzində Mehdiabad və Digah qəsəbələrinə, həmçinin Mehdiabad qəsəbəsindəki məcburi köçkün yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.