AzTV-nin rejissorunu maşın vuraraq öldürüb

AzTV-nin rejissorunu maşın vuraraq öldürüb
# 21 oktyabr 2016 23:59 (UTC +04:00)

Bakı-APA. AzTV-nin xəbərlər departamentinin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib.

Bu barədə məlumatı APA-ya onun iş yoldaşları veriblər. Rejissoru oktyabrın 20-si axşam saatlarında maşın vurub. Rejissor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, Rəşad Zöhrabovun həyatını xilas etmək mümkün olmayıb. O, oktyabrın 21-i axşam saatlarında dünyasını dəyişib.

Rəşad Zöhrabov tanınmış bəstəkar və musiqişünas, xalq artisti Ramiz Zöhrabovun oğludur.

Faciəli şəkildə dünyasını dəyişən rejissorun dörd övladı var.

Rəşad Zöhrabov bu gün Buzovna qəbiristanlığında da dəfn ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR