Azərbaycanda sürüşmə sahələri aktivləşib

Azərbaycanda sürüşmə sahələri aktivləşib
# 22 oktyabr 2016 08:40 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İsmayıllı, Şamaxı rayonları və cənub bölgəsindəki sürüşmə sahələri aktivləşib.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. O bildirib ki, son günlər ölkə ərazisində yağan yağışlar mövcud sürüşmələrin aktivləşməsinə səbəb olub.

Ə. Qaralov qeyd edib ki, hazırda Şamaxı rayonu ərazisində Cabanı, Muğanlı, Qaravəlli, Birinci Çağan, İsmayıllı rayonu ərazisində isə Dilman sürüşmə sahələrində aktivlik müşahidə olunur: “Bakının Goradil kəndində sürüşmənin baş verməsi ilə əlaqədar da nazirliyin “qaynar xətt”inə müraciət daxil olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR