"PAŞA Bank"ın Türkiyədəki törəməsi rübü 5 mln. manatlıq mənfəətlə başa vurub

"PAŞA Bank"ın Türkiyədəki törəməsi rübü 5 mln. manatlıq mənfəətlə başa vurub
# 02 noyabr 2016 12:00 (UTC +04:00)

"PAŞA Bank"ın Türkiyədəki törəməsi olan "PAŞA Yatırım Bankası”nın aktivləri 2016-cı ilin oktyabrın 1-nə 436 mln. 833 min türk lirəsi və ya 230 mln. 997 min 290 manat təşkil edib.

"APA-Economics" bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 114 min 428 lirə (60 min 510 manat) və ya 35,49% çoxdur.

Hesabat dövründə bankın kredit portfeli 370 mln. 798 min lirəyə (196 mln. 78 min manat) bərabər olub ki, bu da ötən ilin eyni dövründəkindən 50,89% çoxdur.

Hesabat dövründə bankın faiz gəliri 26 mln. 474 min lirə (13 mln. 999 min manat), faiz xərcləri 3 mln. 574 min lirə (1 mln. 890 min manat) isə bərabər olub.

Bank bu ilin 9 ayını 9 mln. 957 min lirə və ya 5 mln. 265 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR