Novruz Məmmədov Qvineya-Bisau prezidentinin xüsusi nümayəndəsini qəbul edib

Novruz Məmmədov Qvineya-Bisau prezidentinin xüsusi nümayəndəsini qəbul edib
# 05 iyun 2018 07:40 (UTC +04:00)

Baş nazir Novruz Məmmədov Qvineya-Bisau Respublikası prezidentinin xüsusi nümayəndəsi – fövqəladə və səlahiyyətli səfir Mamadu Sano Qomesi qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya bildirilib ki, qonaq regionun ən qabaqcıl dövlətlərindən olan Azərbaycanla ikitərəfli əlaqələrin öz ölkəsi üçün maraq doğurduğunu vurğulayıb. Daha sonra o, Qvineya-Bisau Respublikasının prezidenti Joze Mario Vazın Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubu baş nazirə təqdim edib.

Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivinə dair tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR