Şəkidə fərdi yaşayış evində yanğın olub

Şəkidə fərdi yaşayış evində yanğın olub
# 05 dekabr 2016 06:05 (UTC +04:00)

Bu gün Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 153 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının və çardağının yanar konstruksiyaları 40 m2 sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR