Narkotik dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub

Narkotik dövriyyəsində təqsirləndirilən şəxsə hökm oxunub
# 14 may 2015 14:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Murad Ədilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Vəkil Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, məhkəmənin hökmü ilə M. Ədilov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sabirabad rayonu Xəlfəli kənd sakini, AXCP üzvü Murad Ədilov ötən il avqustun 11-də tutulub.

M. Ədilov AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR