Ələt-Astara magistralında piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO

Ələt-Astara magistralında piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 avqust 2015 06:48 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Ələt-Astara magistralının 206-cı kilometrliyində, yolun rayonun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Hirkan qəsəbə sakini, 1951-ci il təvəllüdlü Nurəddin Ənvər oğlu Ağayev yolu keçmək istəyərkən rayon sakini Babazadə Nurlan Rəşadət oğlu idarə etdiyi “VAZ-21074” markalı, 42 BK 618 dövlət nömrə nişanlı minik avtomobili ilə onu vurub. Qəzanı törədən sürücü müxtəlif dərəcəli bədən xəsarətləri almış piyadanı maşınına qoyaraq dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırmaq istəsə də, yaralı yolda dünyasını dəyişib.

Yol polisi əməkdaşları qəzanın baş verdiyi ərazini müayinə ediblər. İlkin versiya kimi hadisəyə avtomobilin yüksək sürətlə idarə olunması göstərilir. Qəzanın dəqiq səbəbləri isə avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq.

İstintaqa cəlb olunmuş sürücüdən ilkin ifadə alınıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR