Balakəndə toyda ölüm hadisəsi baş verib

Balakəndə toyda ölüm hadisəsi baş verib
# 17 avqust 2017 07:46 (UTC +04:00)

Balakəndə toyda ölüm hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, avqustun 16-da saat 22.00 radələrində rayonun Qabaqçöl qəsəbəsində keçirilən toy məclisində iştirak edən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Mehyəddin Əmirxan oğlu Əfəndiyevin vəziyyəti qəfildən pisləşib.

Balakən Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcili Yardım Şöbəsinin əməkdaşları hadisə yerinə çatanadək Mehyəddin Əfəndiyev keçinib. MRX-dan APA-ya bildirilib ki, Mehyəddin Əfəndiyevin ürək tutmasından öldüyü məlum olub.

Mehyəddin Əfəndiyev anadan olduğu Gürcüstanda basdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR