Tramp: “Çalışıram ki, Obamanın yaratdığı çoxsaylı maneələrə fikir verməyim”

Tramp: “Çalışıram ki, Obamanın yaratdığı çoxsaylı maneələrə fikir verməyim”
# 28 dekabr 2016 16:41 (UTC +04:00)

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp səlahiyyətləri bitmək üzrə olan Barak Obamanın ona hakimiyyəti rahat şəkildə ötürmədiyini və maneələr yaratdığını açıqlayıb.

APA-nın xəbərinə görə, bu barədə D. Trampın “Twitter” hesabında yazılıb:

“Çalışıram ki, onun yaratdığı çoxsaylı maneələrə və reaksiyama səbəb olacaq açıqlamalarına fikir verməyim. Düşünürdüm, hakimiyyət mənə hamar şəkildə ötürüləcək. Yanılırdım”.

Qeyd edək ki, Obama Trampı seçkiqabağı kampaniya zamanı çox tənqid etsə də, Tramp prezident seçiləndən sonra ona hakimiyyəti ötürməkdə yardımçı olacağını söyləyib. Obama ilə Tramp Ağ evdə keçirdikləri görüşdən başqa bir neçə dəfə telefonla danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR