Lənkəranda tank əleyhinə mina tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şəhərin dəniz sahilindən 4 ədəd tank əleyhinə mina tapılıb və zərərsizləşdirilməsi üçün ANAMA əməkdaşlarına təhvil verilib.