Mettis: “ABŞ aprelin 30-a keçən gecə Suriya ərazisinə zərbələr endirməyib”

Mettis: “ABŞ aprelin 30-a keçən gecə Suriya ərazisinə zərbələr endirməyib”
# 01 may 2018 04:37 (UTC +04:00)

ABŞ aprelin 30-a keçən gecə Suriya ərazisinə zərbələr endirməyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib.

“Həmin gecə tərəfimizdən Suriya ərazisinə zərbələr endirilməyib”, deyə Pentaqon rəhbəri vurğulayıb.

Aprelin 30-a keçən Həma və Hələb şəhərləri yaxınlığında Suriya ordusuna məxsus hərbi obyektlər raket atəşinə tutulub. Həma yaxınlığında hərbi anbarın raket atəşinə tutulması nəticəsində güclü yanğın baş verib. Hücumun kim tərəfindən törədildiyi indiyədək məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR