“Astana EKSPO-2017” sərgi meydanında Azərbaycan Respublikasının Milli Günü keçirilir

“Astana EKSPO-2017” sərgi meydanında Azərbaycan Respublikasının Milli Günü keçirilir
# 09 iyul 2017 16:42 (UTC +04:00)

Bu gün “Astana EKSPO-2017” sərgi meydanında Azərbaycan Respublikasının Milli Günü keçirilir.

APA-nın “khabar.kz” saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Pavilyonunda xəritə və Azərbaycanın alternativ enerji mənbələri sahəsində nailiyyətlərini nümayiş etdirən eksponatlar nümayiş etdirilir.

Azərbaycan Milli Pavilyonunu ziyarət edənlər özünü Odlar Diyarında, müasir və qədim Bakıda hiss edir.

Azərbaycanı birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov Azərbaycan və Qazaxıstanı dostluq və qarşılıqlı hörmətə əsaslanan möhkəm tarixi əlaqələrin birləşdirdiyini, iki ölkənin strateji tərəfdaş olduğunu söyləyib.

A. Ələkbərov Azərbaycanın “Astana EKSPO-2017” sərgisinə böyük önəm verdiyini qeyd edib. Birinci vitse-prezidentin köməkçisi “Gələcəyin enerjisi” mövzusunun bu günün reallıqlarına cavab verdiyini, bu gün bəşəriyyət üçün alternativ enerji mənbələri probleminin həllinin aktual olduğunu vurğulayıb: “Enerji və resurslar münaqişə və qarşıdurmaya deyil, beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Azərbaycanın enerji təhlükəsizliyinə münasibəti məhz məhz belədir ”.

Qazaxıstan enerji nazirinin müavini Maqzum Mirzaqaliyev Azərbaycanın “Astana EKSPO-2017” sərgisində iştirak edəcəyini təsdiqləyən ilk ölkələrdən olduğunu nəzərə çatdırıb. M. Mirzaqaliyev Qazaxıstan və Azərbaycanın ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu, iki dövlətin beynəlxalq məsələlərə münasibətdə oxşar baxış və mövqelərə malik olduğunu qeyd edib: “Azərbaycan üzərindən keçən marşrut Qazaxıstana Avropa bazarlarına çıxışı təmin edir. Qazaxıstan isə Azərbaycana Mərkəzi Asiya və Çinə qapı açır. Biz “Astana “EKSPO-2017” sərgisinin dünyada inkişafa yeni impuls verəcəyinə inanırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR