Quba sakini bıçaqlanıb

Quba sakini bıçaqlanıb
# 22 fevral 2019 12:26 (UTC +04:00)

Qubada bıçaqlanma faktı qeydə alınıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan ONA-nın yerli bürosuna bildirilib ki, rayon sakini Rafiq Əliməmmədovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Zakir Məmmədov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, R. Əliməmmədova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR