Düşənbə yaxınlığında zəlzələ olub

Düşənbə yaxınlığında zəlzələ olub
# 30 aprel 2018 19:23 (UTC +04:00)

Tacikistanın paytaxtı Düşənbə yaxınlığında 4,7 bal gücündə zəlzələ baş verib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yeraltı təkanların episentri Düşənbədən 151 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR