Məhkəmə adam oğurluğunda təqsirləndirilən sabiq polisin cinayət işi üzrə şahidlərlə bağlı prokurorluğa müraciət edib

Məhkəmə adam oğurluğunda təqsirləndirilən sabiq polisin cinayət işi üzrə şahidlərlə bağlı prokurorluğa müraciət edib
# 14 sentyabr 2017 15:22 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin sabiq əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev, Vüsal Babayev və Sona Kərimovanın cinayət işi üzrə dindirilən şahidlərlə bağlı Bakı Şəhər Prokurorluğuna müraciət edib.

APA-nın xəbərinə görə, müraciətdə təqsirləndirilən şəxslərlə əlbir olaraq, onların lehinə yalan ifadələr vermiş 15 nəfərdən çox şahidin haqqında bilə-bilə yalan ifadə verməklə bağlı materiallar öz əksini tapıb.

İş hazırda Bakı Şəhər Prokurorluğunda araşdırılır.

Bildirilib ki, məhkəmə istintaq təcrübəsində belə kütləvi şəkildə yalan ifadə verilməsi halı ilk dəfə baş verir.

Qeyd edək ki, bu ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Azayev 10 il 6 ay, Vüsal Babayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib. O, məhkəmə zalında həbs edilib.

Sona Kərimova barəsində isə 2700 manatlıq cərimə cəzası kəsilib.

Təqsirləndirilən şəxslər hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət veriblər. Lakin məhkəmə şikayəti təmin etməyib.

İttihama görə, 2014-cü il dekabrında Fərid Azayev bir qrup şəxslə iki qızı oğurlayaraq, onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Faiq Azayev və Sona Kərimova barəsində isə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR