Arda Turan Türkiyə millisinə qayıtmağa razılıq verib

Arda Turan Türkiyə millisinə qayıtmağa razılıq verib
# 08 avqust 2017 12:01 (UTC +04:00)

“Barselona”nın futbolçusu Arda Turan yenidən Türkiyə yığmasının formasını geyinəcək. Apasport.az fanatik.com.tr saytına istinadən xəbər verir ki, “ay-ulduzlular”ın yeni baş məşqçisi Mirça Luçesku onu milliyə qaytarmağa razı salıb.

Rumıniyalı çalışdırıcı Arda ilə üzbəüz danışmaq üçün İspaniyaya yollanıb. Tərəflər “Barselona”nın “Şapekoense” ilə yoxlama oyunundan öncə görüşüblər. Birgə yemək yeyən Luçesku və Turan milli haqda danışıblar.

Təcrübəli mütəxəssis Arda ilə söhbətdə onu dəyərli futbolçu saydığını və oyununu bəyənərək, izlədiyini deyib. “Barsa”nın üzvünə baş verən xoşagəlməz hadisələri unutmağı məsləhət görən Luçesku Türkiyə yığmasına sevgi və hörməti qaytaracağına, birlik yaradacağına dair söz verib. “Sən kapitansan, sənə nə qədər ehtiyacım olduğunu söyləməyimə gərək yoxdu” cümləsi ilə 72 yaşlı çalışdırıcı Ardanın incikliyini aradan qaldıra bilib. Məşqçinin səmimiyyəti qarşısında aciz qalan Turan onu maraqlandıran sualları verdikdən sonra təkcə sevgiyə ehtiyacının olduğunu qeyd edib.

Pozitiv ab-havada keçən görüşdən sonra 30 yaşlı futbolçunun yığmaya qayıtmağa razılaşdığı bildirilir.

Qeyd edək ki, Arda Turan ilk dəfə 2006-cı ildə formasını geyindiyi Türkiyə millisində 97 oyun keçirib və 17 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR