"Ziraat Bank Azərbaycan" rübü 1,3 mln. manat mənfəətlə başa vurub

"Ziraat Bank Azərbaycan" rübü 1,3 mln. manat mənfəətlə başa vurub
# 14 aprel 2017 14:40 (UTC +04:00)

"Ziraat Bank Azərbaycan" ASC 2017-ci ilin I rübündə aktivlərini ötən ilin analoji dövrü ilə müqayisədə 34,5% artaraq 151,084 mln. manata çatdırıb.

"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, bankın kredit portfelinin illik müqayisədə 2,65 dəfə artaraq 54,831 mln. manata çatıb.

Hesabat dövründə bankın öhdəlikləri 52% artaraq 89,42 mln. manat təşkil edib. Yanvar-mart aylarında depozit portfeli 2,55 dəfə böyüyərək 48,047 mln. manata çatıb.

Aprelin 1-ə bankın nizamnamə kapitalı dəyişməyərək 50 mln. manat, məcmu kapitalı isə 8,3% artaraq 60,489 mln. manat olub.

Qeyd edək ki, bankın ötən rübü 1 mln. 337,86 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR