® Zivella Mebel 2017-ci ildə yeniliklər vəd edir

<font color=red>® </font> Zivella Mebel 2017-ci ildə yeniliklər vəd edir
# 25 yanvar 2017 10:49 (UTC +04:00)

Zivella Mebelləri gənc, dinamik, estetik, keyfiyyətli bir şirkət anlayışı altında müştərilərinin gündəlik həyatlarının böyük bir hissəsini keçirdikləri ofislərinin keyfiyyətli və əsrarəngiz dizaynını təmin etmək məqsədi ilə 1999-cu ildə Türkiyə Respublikasında təsis olunmuş bir firmadır.

Təsis olunduğu ildən bu yana iş dünyasında sistemli şəkildə özünü yeniləyən, digər firmalardan fərqləndirən xüsusiyyəti və satışdan sonrakı xidmətləri ilə sektordakı lider firmalar arasındakı yerini tutmanın məğrurluğunu yaşayan Zivella Mebelləri bu gün ölkə daxilində və xaricində cəmi 6 şöbə olaraq təcrübəli mütəxəssis kadrı, müasir xidmət strukturu və beynəlxalq görünüşü ilə gələcəyin ofislərini hazırlayır.

2004-cü ildə Bakı şəhərində ilk mağazasını açmışdır. O gündən etibarən 12 ildir Azərbaycanda müştərilərinə xidmət göstərir və ofis mebelləri sektorunda lider firma olmağa davam edir. Xüsusi ilə, qeyri-şərtsiz müştəri məmnunluğu və Azərbaycan Ofis Mebel sektorunu işıqlandıran yenilikləri ilə Zivella Mebel hər zaman lider olmuşdur.

Qlobal bazarlarda iştirak edən Zivella, 25-29 oktyabr 2016-cı il tarixində iki ildə bir Almaniyanın Köln şəhərində təşkil olunan dünyanın ən böyük mebel yarmarkası olan Orgatec Mebel Yarmarkasında iştirak etmişdir.

1953-cü ildən etibarən təşkil olunan yarmarkaya Türkiyənin tanınmış dizayneri Alp Nuhoğlu tərəfindən dizaynı verilmiş təxminən 50 yeni modeli ilə iştirak edən Zivella Mebel ziyarət edənlərin çox böyük marağına səbəb olmuş və yeni iş əlaqələri yaratmışdır.

İstanbul, Ankara, Rize və Bakıda 6 mağazası ilə müştərilərinə xidmət göstərməkdə davam edən Zivella Mebel 2018-ci ilin sonuna qədər 10 mağaza da açmaq məqsədini ortaya qoymuşdur.

2017-ci ildə də yenilikləri ilə Azərbaycan iqtisadiyyatına və müştərilərinə xidmət göstərməyə davam edəcəkdir.

Ətraflı məlumat almaq və bütün modellərə www.zivella.com ünvanı vasitəsi ilə baxa bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR