Palata: "Azərbaycan Kredit Bürosu"nun fəaliyyəti kredit portfelinin həcmini artıracaq

Palata: "Azərbaycan Kredit Bürosu"nun fəaliyyəti kredit portfelinin həcmini artıracaq
# 09 fevral 2018 13:12 (UTC +04:00)

"Azərbaycan Kredit Bürosu"nun (AKB) yaradılması və fəaliyyəti ilə kredit portfelinin həcmi artacaq".

"APA-Economics" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini Asim Zülfüqarov deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl bank sektorunda kredit portfelində yaranan azalma "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin ötən il sağlamlaşdırılması, toksik aktivlərin ötürülməsi və xarici öhdəliklərinin restrukturizasiyası ilə normallaşıb: "Beynəlxalq Bankı nəzərə almasaq, kredit portfelində 7-8 milyon manata yaxın azalma olub. Növbəti çağırışımız kredit portfelinin artırılması ilə bağlıdır. Bu addım özü də sağlam və məsuliyyətli borclanma prinsipi əsasında formalaşmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR