Mehriban Əliyeva Fransa Milli Assambleyasının sədri ilə görüşüb

Mehriban Əliyeva Fransa Milli Assambleyasının sədri ilə görüşüb
# 13 mart 2019 01:17 (UTC +04:00)

Martın 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa Respublikası Milli Assambleyasının sədri Rişar Ferran ilə görüşü olub.

ONA-nın "AZƏRTAC"a istinadən verdiyi məlumata görə, Fransa Milli Assambleyasının sədri Rişar Ferran Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşılayıb.

Mehriban Əliyeva Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlər ilə görüşüb.

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransa Milli Assambleyasının sədri Rişar Ferranın görüşü olub. Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edilib.

Rişar Ferran ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişafında maraqlı olduqlarını bildirdi. O, zəngin tarixə və mədəniyyətə malik ölkəmizin Fransada daha yaxşı tanıdılması üçün fransız deputatların Azərbaycana səfərlərinin əhəmiyyətini vurğulayıb.

Birinci vitse-prezident Mehriban Əliyeva ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmindən danışdı, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Mehriban Əliyeva bu cür səfərlərin ölkəmizi daha yaxından tanımaq və Azərbaycan həqiqətlərini fransız ictimaiyyətinə çatdırmaq üçün yaxşı fürsət yaratdığını bildirib. Mehriban Əliyeva milli dəyərlərə sadiq olan ölkəmizdə tarixlə müasirliyin gözəl sintezinin yaradıldığını diqqətə çatdırıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Milli Assambleyasının sədri Rişar Ferranı Bakıya səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR