Azərbaycan şirkətləri Xorvatiyada keçiriləcək sərgiyə dəvət edilib

Azərbaycan şirkətləri Xorvatiyada keçiriləcək sərgiyə dəvət edilib
# 08 yanvar 2018 13:41 (UTC +04:00)

Xorvatiya Azərbaycan şirkətlərini bu ölkənin Virovitica şəhərində baş tutacaq "Viroexpo 2018" adlı Beynəlxalq iqtisadi, Peşə və Kənd Təsərrüfatı sərgisində iştirak etməyə dəvət edib.

APA-Economics”in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna istinadən verdiyi məlumata görə, sərgi bu ilin 23-25 fevral tarixində baş tutacaq.

Qeyd edək ki, 2001-ci ildən etibarən beynəlxalq səviyyədə 30-a yaxın ölkənin iştirakı ilə keçirilən sərginin sponsorları Xorvatiyanın İqtisadiyyat, Regional İnkişaf, Kənd Təsərrüfatı və Turizm nazirlikləri, təşkilatçıları isə Virovitica rayonunun rəhbərliyi, Xorvatiya İqtisadi Palatasının Virovitica bölməsi və həmin bölgənin Turizm Şurasıdır.

Xatırladaq ki, 2017-ci ilin əvvəlində keçirilən sərgiyə ümumi sahəsi 6500 kvadratmetr olmaqla, 600-dən çox iştirakçının qatıldığı və sərgini 3 gün ərzində 28 000 nəfərdən çox insanın ziyarət edib. İştirakçı ölkələr 6 kvadratmetrdən başlanan ərazi sahələrində öz ölkələrinin məhsulunu, sənət nümunələrini və kənd təsərrüfatına aid qurğu və texnikalarını nümayiş etdirə bilərlər. Bununla bağlı, ölkəmizdə ixracyönümlü məhsulları istehsal edən şirkətlərimizin sərgidə təmsil olunması imkanının nəzərdən keçirilməsini təklif edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR