Bakıda gözətçini döyüb, marketi qarət edən şəxs tutulub

Bakıda gözətçini döyüb, marketi qarət edən şəxs tutulub
# 07 yanvar 2020 12:41 (UTC +04:00)

Bakıda market qarət edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə yanvarın 6-da saat 1 radələrində Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinə gələn şəxsin orada gözətçi işləyən paytaxt sakini R.Ağalarovu döyməsi, oradan 7500 manat pul götürüb hadisə yerini tərk etməsi barədə müraciət daxil olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cavanşir Qulamov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR