Pentaqon Əfqanıstanda ən güclü bombadan istifadənin səbəbini açıqlayıb

Pentaqon Əfqanıstanda ən güclü bombadan istifadənin səbəbini açıqlayıb
# 15 aprel 2017 02:27 (UTC +04:00)

Amerikalı hərbçilər İŞİD-in Əfqanıstandakı tunellərinə qarşı ən güclü qeyri-nüvə bombadan istifadə olunmasını zəruri hesab edirlər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu “GBU-43/B” bombasının atılmasına həsr olunan mətbuat konfransında ABŞ ordusunun Əfqanıstandakı komandanı general Con Nikolson deyib: “Taktiki nöqteyi-nəzərdən bombadan lazımi məqamda və doğru hədəfə qarşı istifadə edilib”.

Bununla belə, Nikolson əmrin kimin tərəfindən verilməsinə dair suala cavab verməkdən boyun qaçırıb.

O əlavə edib ki, dinc sakinlər arasında itkilərin qarşısını almaq məqsədi ilə əməliyyata hazırlıq Əfqanıstan hakimiyyəti ilə birgə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR