NATO-nun baş katibi türkiyəli zabitlərin siyasi sığınacaq istədiyini təsdiqləyib

NATO-nun baş katibi türkiyəli zabitlərin siyasi sığınacaq istədiyini təsdiqləyib
# 18 noyabr 2016 13:55 (UTC +04:00)

NATO strukturlarında çalışan bəzi türkiyəli zabitlər çalışdıqları ölkələrdən siyasi sığınacaq istəyib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, NATO-nun baş katibi Yens Stoltenberq Almaniya mediasında bu barədə dərc olunan xəbərləri təsdiqləyib. O, sığınacaq almaq barədə müraciətlərin Türkiyədəki 15 iyul çevrilişə cəhd hadisəsindəbn sonra daxil olduğunu deyib.

Baş katibin noyabrın 20-də Türkiyəyə səfəri zamanı bu məsələ müzakirə olunacaq. Türkiyəni qanunun aliliyinə hörmətlə yanaşmağa çağıran NATO rəhbəri bildirib ki, zabitlərə sığınacaq verilməsi məsələsi onların müraciət etdiyi ölkələrin səlahiyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR