Rusiyada yanğın nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb

Rusiyada yanğın nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb
# 24 iyul 2017 00:36 (UTC +04:00)

Rusiyanın Krasnoyarsk diyarında müvəqqəti tikilidə yanğın baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Suxobuzimskoye yaşayış məntəqəsində qeydə alınan hadisə nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləri, ata və 4 həddi-buluğa çatmamış uşaqlardır.

Hazırda yanğın söndürülüb. Faciənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR