BMT Təhlükəsizlik Şurası KXDR-in növbəti raket sınağını pisləyib

BMT Təhlükəsizlik Şurası KXDR-in növbəti raket sınağını pisləyib
# 15 sentyabr 2017 23:32 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası KXDR-in növbəti raket sınağını pisləyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu sentyabr ayında Təhlükəsizlik Şurasında sədrlik edən Efiopiyanın qurumdakı daimi nümayəndəsi Takeda Alebu bəyan edib.

“Təhlükəsizlik Şurası rəsmi Pxenyanın son təxribatçılıq hərəkətlərini qətiyyətlə pisləyib”, deyə T.Alebu bildirib.

Onun sözlərinə görə, Şimali Koreya nüvə silahından azad olmaq niyyətini nümayiş etdirməlidir.

Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilib. İclas ABŞ, Yaponiya və Cənubi Koreyanın təşəbbüsü ilə keçirilib. Ötən gün Şimali Koreya növbəti dəfə ballistik raket sınaqdan keçirib. Raket Yaponiya üzərindən keçərək, Hokkaydo adasındakı Erimo burnundan 2000 km aralıda okeana düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR