Yevlaxda inzibati bina yanıb

Yevlaxda inzibati bina yanıb
# 11 noyabr 2016 23:32 (UTC +04:00)

Yevlaxda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax rayonu, Aşağı Salamabad kəndində 1956-cı ildə inşa olunmuş ümumi sahəsi 140 m2 olan birmərtəbəli inzibati binanın fəaliyyət göstərməyən hissəsinin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR