Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Vəfa Osmanlı barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
APA-nın xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 9-na təyin edilib.
Şikayətdə V. Osmanlıya bəraət verilməsi istənilir.
Qeyd edək ki, V. Osmanlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
V. Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. O, Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, dollar mübadiləsi adı altında onların ümumilikdə 607 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. V. Osmanlı Azərbaycan İqtisad Universitetində çalışıb.