Bank Of Baku

Salyan sakininidən ov tüfəngi götürülüb

Salyan sakininidən ov tüfəngi götürülüb
# 05 fevral 2022 09:54 (UTC +04:00)

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən rayonun Birinci Varlı kənd sakini Vurğun Sadıqov saxlanılıb.

Həmin şəxsdən bir ədəd saz vəziyyətdə olan “İj 56-3” markalı, yivli ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR