Sumqayıtda 31 yaşlı kişinin meyiti yaşadığı mənzildən tapılıb

Sumqayıtda 31 yaşlı kişinin meyiti yaşadığı mənzildən tapılıb
# 14 yanvar 2020 00:58 (UTC +04:00)

Sumqayıtda mənzildə kişi meyiti aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin “Betonzavod” yaşayış massivində fərdi yaşayış evində qeydə alınıb.

Mənzilə keçirilən baxış zamanı orada kişi meyiti tapılıb. Meyiti tapılan şəxsin 1988-ci il təvəllüdlü Mehdiyev Pərviz Mehdi oğlu olduğu məlum olub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktıa bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR