Paşha Bank
Bank Of Baku

ATU-nun tədris proqramları beynəlxalq akkreditasiyadan keçib - FOTO

ATU-nun tədris proqramları beynəlxalq akkreditasiyadan keçib - FOTO
# 04 fevral 2022 17:43 (UTC +04:00)

Azərbaycan Tibb Universitetinin (ATU) tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə ATU-nun rektoru Gəray Gəraybəyli, Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin (IAAR) məsləhətçisi, professor Olqa Yanovskaya, Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.

Rektor deyib ki, universitetin tarixində ilk dəfə 3 tədris proqramı - Müalicə işi, Əczaçılıq və Stomatologiya beynəlxalq akkreditasiya sertifikatına layiq görülüb:

"Bu proses 3 ildən artıqdır ki, davam edir. Akkreditasiya prosesi Dünya Tibb Təhsili Federasiyası tərəfindən 2017-ci ildən etibarən tanınan Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik tərəfindən aparılıb. Akkreditasiya prosesi çərçivəsində ötən il noyabrın 21–25 noyabr-də Agentliyin Xarici Ekspert Komissiyası Bakıya səfər edərək ATU-da təhsil proqramlarının keyfiyyətinin qiymətləndirilməsi üzrə yoxlamalar keçiriblər. Nəhayət bu ilin yanvarın 28-də ali şuralarının qərarı ilə bu proqramlar üzrə 5 illik sertifikat verilib".

Rektor qeyd edib ki, ATU-nun tədris proqramlarının akkreditasiya olunması diplomların dünyada tanınma coğrafiyasının genişləndirilməsi istiqamətində mühüm addımlardan biridir:

"Beynəlxalq akkreditasiya ali məktəbin tanınmasında mühüm rol oynayır. Bu proseduru ali məktəblərin proqramlarını təkmilləşdirməsi üçün qiymətləndirmə kimi qəbul etmək olar. Digər tərəfdən, akkreditasiya almayan universitetlər diplomlarının beynəlxalq səviyyədə tanınmasında müəyyən problemlər yaşaya bilərlər".

Sonra Gəray Gəraybəyliyə sertifikat təqdim olunub, ardınca isə IAAR-la ATU arasında Reytinqin təşkili və keçirilməsi üzrə müqavilə imzalanıb. Bildirilib ki, müqavilə həmçinin konsultativ xarakter daşıyır.

Qeyd edək ki, IAAR tərəfindən həm institusional, həm də tədris proqramlarının akkreditasiyası aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR