Yevlaxda mikroavtobus minik maşını ilə toqquşub - FOTO

Yevlaxda mikroavtobus minik maşını ilə toqquşub - FOTO
# 25 noyabr 2019 11:58 (UTC +04:00)

Yevlaxda mikroavtobus minik maşını ilə toqquşub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Xaldan qəsəbəsi yaxınlığında qeydə alınıb. Mingəçevir istiqamətində hərəkətdə olan sərnişin daşıyan “Ford” markalı mikroavtobus minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR