Paşha Bank
Bank Of Baku

Vəfat etmiş şəxsin törətdiyi inzibati xəta  barədə prosedura aydınlıq gətirilib

Fuad Heydərov

© APA | Fuad Heydərov

# 11 fevral 2022 12:25 (UTC +04:00)

"İnzibati Xətalar Məcəlləsində bilavasitə “uzanan hüquq pozuntuları” anlayışı mövcud deyil. Ancaq Konstitusiya Məhkəməsinin qərarına əsasən, uzanan hüquq pozuntusunun anlayışı verilib”.

APA-nın xəbərinə görə, bunu “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.

O bildirib ki, uzanan hüquq pozuntusunun əsas xüsusiyyəti ondan ibarətdir ki, bu pozuntu konkret olaraq bitmə məqamında aradan qaldırılana qədər inzibati xəta sayılır: “Məsələn, əmək müqaviləsinə səhv xitam vermə misalı üzərində göstərək. Bu zaman işəgötürən əmək haqqı, əlavələr, istifadə edilməmiş məzuniyyətə görə pul ödəməyə borcludur. Lakin işəgötürən bunu ödəmir. Bu zaman bu pozuntu başlayır. Bu nöqsan aradan qaldırılmalıdır. 3 ay müddətinə nöqsan aradan qaldırılmırsa, bu uzanan inzibati xətadır".

F. Heydərov qeyd edib ki, inzibati xəta faktı aşkar olunduğu an dərhal inzibati xəta haqqında protokol tərtib edilməlidir: “Artıq göstərişin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət tədbiri görülməyə bilər. İnzibati xətanı törətmiş şəxs vəfat edibsə, əvvəlki inzibati xəta yeni rəhbərliyin dövründə olmadığı üçün pozuntunun aradan qaldırılması üçün göstəriş veriləcək. Yerinə yetirməzsə, məsuliyyətə cəlb ediləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR