Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub
# 15 yanvar 2017 08:24 (UTC +04:00)

Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR