Azərbaycanın altı layihəsi "World Summit Award 2015" müsabiqəsinin final mərhələsinə çıxıb

Azərbaycanın altı layihəsi "World Summit Award 2015" müsabiqəsinin final mərhələsinə çıxıb
# 21 avqust 2015 14:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanın altı layihəsi "World Summit Award 2015" beynəlxalq innovasiya müsabiqəsinin final mərhələsində iştirak edəcək.

Rabitə və Yüksək Tüxnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, onlayn qaydada aparılan seçimlərdə münsiflər tərəfindən “Government & Open Data” ( Açıq hökumət üzrə) nominasiyasında “ASAN Xidmət”in “Asan Pay” xidməti, “Health & Environment” ( Sağlamlıq və ətraf mühit kateqoriyası üzrə) nominasiyasında “NoObs” tələbə startapçılar komandasının “Spinal” qurğusu, “Media & News” (Media üzrə) nominasiyada “E-tap.az” resursu, “Business & Commerce” ( Bines və kommersiya üzrə) nominasiyasında “BethClip”, “Entertainment & Lifestyle” ( Əyləncə kateqoriyası üzrə)- “Notify”, “Culture & Tourism” ( Mədəniyyət və Turizm üzrə) – “RobiGuide” layihələri mübarizə aparacaqlar.

Qeyd edək ki, sentyabrın 17-20-də müsabiqənin final mərhələsi Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR