Əfqanıstanda İŞİD taliblərin mövqelərinə hücum edib

Əfqanıstanda İŞİD taliblərin mövqelərinə hücum edib
# 13 may 2015 21:31 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanın şərqində yerləşən Nənqərhar əyalətinə İŞİD terror qruplaşmasının silahlıları “Taliban” hərəkatının mövqelərinə hücum edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə adıçəkilən regionun rəsmiləri bildirib.

İŞİD silahlıları taliblərin nəzarəti altında olan məntəqələri ələ keçirməyə çalışsalar da, şiddətli müqavimətlə rastlaşıblar.

Qeyd olunur ki, Nənqərhar əyalətinə İŞİD və "Taliban" arasında döyüşlər üçüncü gündür ki, davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR